3-cü Liqa komandası "Neftçi"yə 3 cavabsız qolla qalib gəlib

3-cü Liqa komandası "Neftçi"yə 3 cavabsız qolla qalib gəlib

“Neftçi” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında ikinci yoldaşlıq oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv Almaniya səviyyəcə 3-cü liqasında çıxış edən “Valdhof”la (Manhaym) klubuna məğlub olub - 0:3.

Qeyd edək ki, “ağ-qaralar” daha əvvəl Türkiyənin "Erzurumspor" klubuna 1:3 hesabı ilə uduzublar.