"Xoşbəxtlikdən Azərbaycan qol epizodlarından yararlana bilmədi"
"İki qol vurmağımız çox yaxşı oldu. Çünki rəqib komanda da təhlükəli epizodlar yaradırdı".
Mediasport.az xəbər verir ki, bu sözləri Slovakiya yığmasının futbolçusu Yuray Kuçka UEFA Millətlər Liqasının C Liqasında 2-ci turun Azərbaycanla oyunundan sonra (2:0) deyib.
Mərkəz yarımmüdafiəçisi oyun ərzində taktiki xətalara yol verdiklərini söyləyib:
"Məhz bundan sonra rəqib fərqlənmək üçün yaxşı fürsətlər tapdı. Xoşbəxtlikdən Azərbaycan qol epizodlarından yararlana bilmədi. İki oyuna 6 xal qazanmaq istəyirdik və bunu bacardıq. Növbəti qarşılaşmalara hazırlaşmalıyıq".
Xatırladaq ki, yeni mövsümdə turnirə İsveçə məğlub olaraq start verən millimiz (3:1) Koşitse şəhərində də yenilgi alıb.