Sonuncu turun bütün oyunları eyni gündə və saatda start götürəcək

Sonuncu turun bütün oyunları eyni gündə və saatda start götürəcək

Futbol üzrə Azərbaycan 1-ci Liqasında sonuncu - 27-ci turun oyunları eyni gündə və saatda keçiriləcək.

Mediasport.az xəbər verir ki, MOİK - "İmişli" matçından başqa qalan qarşılaşmalar Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.

Qeyd edək ki, çempionata 54 xalla "Şamaxı" başçılıq edir, 1 xal geri qalan "Qaradağ Lökbatan" ikincidir.


Azərbaycan 1-ci Liqası. 27-ci tur


22 may

16:00. MOİK - “İmişli”

Binə qəsəbə stadionu


16:00. “Şamaxı” - “Araz Saatlı”

Şamaxı şəhər stadionu


16:00. “Mingəçevir” - “Qaradağ Lökbatan”

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu


16:00. “İrəvan” - “Karvan”

“ASK Arena”


16:00. “Difai Ağsu” - “Zaqatala”

Ağsu şəhər stadionu