"Neftçi" ilə oynayacaq "Zenit" Bakıya ikinci heyətlə gələcək
Noyabrın 18-də yoldaşlıq oyunu çərçivəsində Bakıda "Neftçi"nin qonağı olacaq Rusiyanın “Zenit” klubu ölkəmizə gənclərdən ibarət heyətlə gələcək.
Mediasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi əsas heyət üzvlərini Bakıya gətirməyəcək.
Zədəsini yenicə sağaldan kolumbiyalı hücumçu Mateo Kassierra bərpa prosesi keçir.
İvan Sergeyev və Andrey Mostov Rusiya millisinin, Nurali Alip Qazaxıstan, Straxinya Erakoviç Serbiya yığmasının düşərgəsinə yollanıblar.
Robert Renan Braziliyanın gənclərdən ibarət millisinə dəvət alıb.
Fərdi proqram üzərində çalışan Mario Fernandeş də “Neftçi” ilə görüşü buraxacaq.
"Neftçi Arena"da baş tutacaq oyun saat 21:00-da başlanacaq.