"Komandanın potensialı yuxarı pillələrdə yer almağa imkan verir"

"Komandanın potensialı yuxarı pillələrdə yer almağa imkan verir"

 "Yaxşı oyuna və nəticəyə köklənmişik. Bundan əvvəlki turda qələbəyə yaxın olsaq da, bir xalla kifayətlənməli oldu".

mediasport.az xəbər verir ki, bu sözləri klubun mətbuat xidmətinə açıqlamasında "Kəpəz"in yarımmüdafiəçisi Əhməd Ayzaya deyib.

27 yaşlı nigeriyalı futbolçu "Sumqayıt"la görüşə yaxşı hazırlaşdıqlarını deyib:

- Qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Oyuna yaxşı hazırlaşmışıq. Bilirəm ki, azarkeşlərimiz də bizdən yalnız qələbə gözləyirlər. Bizim yaxşı heyətimiz var. Komandanın potensialı daha yuxarı pillələrdə yer almağa imkan verir. Futbolçular da özlərinə inanırlar. Bunun sayəsində yaxşı nəticə əldə edəcəyik. Öz çıxışıma gəlincə, göstərdiyim oyundan razıyam. Düşünürəm ki, azarkeşlər də məndən razı qalırlar. "Kəpəz"ə layiqincə xidmət etmək üçün bura gəlmişəm. Mümkün qədər əlimdən gələni edirəm".