"Zirə"nin azərbaycanlı futbolçusu Ukrayna yığmasına dəvət alıb

"Zirə"nin azərbaycanlı futbolçusu Ukrayna yığmasına dəvət alıb

"Zirə"nin 2 futbolçusu milli komandaların heyətinə çağırılıb.

Mediasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İssa Cibrila Niger yığmasına, Eldar Quliyev isə Ukraynanın 23 yaşadək futbolçulardan ibarət millisinə dəvət alıb.

Afrika təmsilçisi yoxlama oyununda Toqo, Ukraynanın U-23 millisi Yaponiyadan olan həmyaşıdları ilə qarşılaşacaq.

Qeyd edək ki, Eldar Quliyev əslən azərbaycanlıdır, AFFA onu milli komandaya cəlb etmək istəyir.