"Neftçi" üç üzvü ilə vidalaşıb Rusiya çempionatından qapıçı gətirdi

 "Neftçi" üç üzvü ilə vidalaşıb Rusiya çempionatından qapıçı gətirdi

“Neftçi” iki futzalçı ilə anlaşıb.

Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadəni və qapıçı Zamin Qasanovu heyətinə qatıb.

Z.Qasanov Rusiyanın “Norilski Nikel” komandasından gəlib.

Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib, Nüsrət Fərzəli və Sadeq Caviditabar isə “Şuşa”ya yollanıb.