Çempionlar Liqasında ən çox qol vuran azərbaycanlı 4-cü yerdə
UEFA Çempionlar Liqasında ən çox qol vuran futzalçıların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, siyahıda Azərbaycan yığmasının sabiq oyunçusu və hazırda seçməmizin baş məşqçi Vitali Borisov da var.
Uzun illər “Araz-Naxçıvan”ın formasını geyinmiş və bu klubla bürünc medal qazanmış, həmçinin, Serbiya çempionu “Ekonomaç”la analoji yarışa qatılmış keçmiş futzalçı 45 qol vurub.
Borisov bu göstərici ilə 4-cü pillədədir. Lider isə Portuqaliya yığmasının əfsanəsi Rikardinyodur. Cari mövsümdə Latviya çempionu “Riqa”nın forması ilə Çempionlar Liqasında iştirak edən məşhur “10 nömrə”nin aktivində 55 qol var. Andre Vanderley 54, Lusiu 50 qol vurub. İlk “5-liy”i Kirilo qapayır – 44 qol.
Qeyd edək ki, Vitali Borisov hazırda “Araz-Naxçıvan” klubunun da baş məşqçisidir.