“Neftçi” və “Beşiktaş rəhbərliyi arasında görüş keçirildi

“Neftçi” və “Beşiktaş rəhbərliyi arasında görüş keçirildi

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün baş tutacaq “Neftçi” – “Beşiktaş” oyunu ərəfəsində keçirilən rəsmi yeməkdə hər iki klubun rəhbəri bir araya gəlib.

mediasport.az xəbər verir ki, görüşdə iki klub arasında gələcəkdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Sonda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim edib.