Yaponiya klubunun hücumçusu "Neftçi"yə transfer edildi - FOTO
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
mediasport.az xəbər verir ki, "ağ-qaralar" 24 yaşlı braziliyalı mərkəz hücumçusu Mateus Saldanyanı transfer ediblər.
Yaponiyada şərəfini qoruduğu "Cef Yunayted İtixara Tiba"da 16 oyuna 1 qol vuran cənubi amerikalı son olaraq icarə əsasında "Çendu Ronqçenq"də forma geyinib. Saldanya Çin Super Liqası təmsilçisinin heyətində 19 dəfə meydana çıxıb, 3 qola sevinib.