"Neftçi"də yeni müqavilə - RƏSMİ

"Neftçi"də yeni müqavilə - RƏSMİ

2022/2023-cü illər mövsümünü titulsuz başa vuran "Neftçi" qapıçısı İvan Brkiçlə müqavilənin müddətini artırıb.

mediasport.az xəbər verir ki, xorvatiyalı qolkiper 2025-ci ilə qədər "ağ-qara" formanı geyinəcək.

28 yaşlı Brkiç Bakı klubuna 2022-ci ilin yanvarında "Riqa"dan gəlib. Premyer Liqada 37, ölkə kubokunda 9, avrokuboklarda 4 oyun keçirib.