60 illik aradan sonra Çempionlar Liqasında iştirak edəcəklər

60 illik aradan sonra Çempionlar Liqasında iştirak edəcəklər

Cari mövsüm futbol üzrə İtaliya A Seriyasında uğurlu çıxışı ilə diqqət çəkən "Bolonya" tarixi həsrətə son qoyub.

Mediasport.az xəbər verir ki, Braziliya əsilli məşhur italyan Tyaqo Mottanın baş məşqçisi olduğu kollektiv 60 illik fasilədən sonra UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Bolonya təmsilçisi növbəti mövsüm birbaşa ÇL-in qrup mərhələsində mübarizə aparacaq.

Komanda bu uğura A Seriyasının 36-cı turunda "Atalanta"nı səfərdə 2 cavabsız qolla məğlub etməklə nail olub.

Ardıcıl 8 oyundur uduzmayan "Bolonya" hazırda 67 xalla "Yuventus" (67 xal) və "Atalanta" (63 xal) ilə bürünc medallar uğrunda yarışır.

Xatırladaq ki, 1998-ci ildə İntertot Kubokunu qazanmış 7-qat İtaliya çempionu və İtaliya Kubokunun 2-qat qalibi Çempionlar Liqasında sonuncu dəfə 1964-cü ildə oynayıb.