Çempionlar Liqasında 1/4 finalın bütün iştirakçıları müəyyənləşib
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, son iki matçla 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.
Beləliklə, "Mançester Siti", "Real", "Bavariya", PSJ, "Arsenal", "Barselona"ya "Atletiko" və "Borusiyya" qoşulub.
Növbəti mərhələnin cütləri cümə günü keçiriləcək püşklə məlum olacaq.
UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunları
"Atletiko" (İspaniya) - "İnter" (İtaliya) 2:1 (pen - 3:2)
Qollar: Antuann Qrizman, 35. Memfis Depay, 86 - Federiko Dimarko, 33.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid, "Metropolitano" stadionu, ilk oyun - 0:1
"Borussiya" D. (Almaniya) - PSV (Niderland) 2:0
Qollar: Ceydon Sanço, 3, Marko Roys, 90+5.
Baş hakim: Daniele Orsato (İtaliya)
Dortmund, "Siqnal İduna Park" stadionu, ilk oyun - 1:1