"Neftçi" üçün tıxac yarandı - FOTO
Futbol üzrə Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk matçı çərçivəsində "Neftçi"ni qəbul edəcək "Jelezniçar" oyunun biletlərini satışa çıxarıb.
MediaSport.az xəbər verir ki, Bosniya və Herseqovina klubunun "ağ-qaralar"la görüşünə satış məntəqələrində ciddi maraq var.
Azarkeşlər qarşılaşmanı stadiondan canlı izləmək üçün bilet növbəsinə dayanıblar, uzun məsafəli tıxac yaranıb.
Paytaxt Sarayevoda biletlər satışa çıxarıldığı gündən əhali kassaların qarşısına toplaşıb. "Neftçi" ilə matçın biletləri "Qrbaviça" stadionunun kasslarında satılır.
İlkin məlumata görə, biletlərin 90 faizi satılıb. 13146 nəfər tutuma malik arenada baş tutacaq duel iyulun 27-də Bakı vaxtı ilə 23:00-da başlanacaq.
Cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.