"Kəpəz"də yeni müqavilə

"Kəpəz"də yeni müqavilə

Yeni mövsümün hazırlılarını davam etdirən "Kəpəz"daha bir futbolçu ilə müqavilə bağlayıb.

Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi sözləşməsi başa çatan Tural Rzayevlə yola davam edəcək.

2021-ci ildən "sarı-göylər"in formasını geyinən 31 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma "1+1" illik nəzərdə tutulub.

Xatırladaq ki, qərblilər daha əvvəl Yeqor Xvalko, Elmir Tağıyev, Ehtiram Şahverdiyev, Əli Səmədov və Vurğun Hüseynovu komandada saxlayıblar.

Nicat Süleymanov, Kərim Lkoça, Paulu Roceriu və Məmməd Hüseynovu transfer edən "Kəpəz"i Elçin Əlicanov, Vüsal Məsimov, Martins Junior, Adama Niane, Mate Kvirkvia, Olavale Onanuqa, İqor Rodrigeş, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fal, Amil Yunanov və Kamran İbrahimov tərk edib.