"Neftçi"nin üzvləri DÇ-2026-nın seçmə mərhələ matçlarına çağırılıb

"Neftçi"nin üzvləri DÇ-2026-nın seçmə mərhələ matçlarına çağırılıb

“Neftçi”nin legionerləri ölkələrinin milli komandalarına dəvət olunublar.

Mediasport.az xəbər verir ki, yarımmüdafiəçi Alfa Konte Syerra Leone seçməsinə çağırılıb.

24 yaşlı futbolçu iyunun 5-də Cibuti, 10-da isə Burkina Faso yığması ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarda meydana çıxa bilər.

Yarımmüdafiəçi yığmasının heyətində 2 dəfə forma geyinib.

"Ağ-qaralar"ın digər legioneri Ataa Caber isə Fələstin millisinə cəlb edilib. 29 yaşlı yarımmüdafiəçi iyunun 6-da Livan, 11-də Avstraliya yığması ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq görüşlər üşün düşərgəyə dəvət alıb.

Caber 7 matçda Fələstin yığmasında çıxış edib.