CAS "Qarabağ"ın şikayətinə baxacaq

CAS "Qarabağ"ın şikayətinə baxacaq

“Qarabağ”ın UEFA-ya qarşı qaldırdığı iddiaya İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq tarix açıqlanıb.

MediaSport.az xəbər verir ki, qurumun növbəti iclası avqustun 29-da baş tutacaq.

2020-ci ildə İkinci Vətən müharibəsi günlərində "atlılar"ın mətbuat xidmətinin ovaxtkı rəhbəri Nurlan İbrahimovun sosial şəbəkə hesabında müharibə ilə bağlı paylaşımına görə UEFA "Qarabağ"ı 100 min avro məbləğində cərimələmiş, İbrahimova isə ömürlük futbol fəaliyyətinə qadağa qoymuşdu.

Ağdam klubu bu qərardan Apellyasiya şikayəti versə də, Nurlan İbrahimovun cəzası qüvvədə saxlanııb. Klub UEFA ilə bağlı etirazını CAS səviyyəsində gündəmə gətirib.