"Güclü çempionatda uğur qazanmaq istəyirəm" - "Neftçi"nin hücumçusu
“Neftçi”nin belaruslu futbolçusu Yeqor Boqomolski gələcək hədəflərindən danışıb.
mediasport.az xəbər verir ki, 23 yaşlı hücumçu Çempionlar Liqasında oynamaq istədiyini deyib.
"Hər bir futbolçu kimi, Çempionlar Liqasında oynamaqla yanaşı, Avropanın güclü çempionatında uğur qazanmaq istəyirəm. Həmçinin Belarus millisi ilə də böyük turnirə qatılmaq arzusundayam”.
“Neftçi”yə ötən ilin yayında Belarusun “Minsk” klubundan keçən Yeqor Boqomolski cari mövsüm Premyer Liqada 14 oyuna 2 qol vurub.