Dünyada ən çox pul qazanmış 4 şahmatçıdan biri Rəcəbovdur
Nüfuzlu “The Chess Journal” bugünlərdə maraqlı araşdırma aparıb.
Mediasport.az xəbər verir ki, dərgi dünyada indiyədək ən çox pul qazanmış şahmatçıların siyahısını hazırlayıb.
Reytinqdə ilk iki yeri hərəyə 50 milyon dollarla Anatoli Karpov və Harri Kasparov tutur.
Norveçli dünya çempionu Maqnus Karlsenin qazancının 30 milyon dollar olduğu qeyd edilib.
Siyahıda 4-cü yerdə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov qərarlaşıb. Karyerası boyunca yalnız 1 dəfə Dünya Kubokunu (2019) qazanmış Rəcəbov indiyə qədər 20 milyon dollar əldə edib.
36 yaşlı zəka sahibi 3 dəfə Avropa çempionluğunu qazanıb - 2009, 2013 və 2017-ci illərdə.