"Qəbələ"də növbəti vida - RƏSMİ

"Qəbələ"də növbəti vida - RƏSMİ

Futbol üzrə 1-ci Liqaya düşən "Qəbələ" daha bir legioneri ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, Bilel Auaşeriyanın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

30 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayından bölgə klubunda çıxış edirdi.

O, 42 matçda 6 qol vurub.