Şamaxı şəhər stadionunda növbəti futbol bayramı - FOTOLAR

 Şamaxı şəhər stadionunda növbəti futbol bayramı - FOTOLAR

Azərbaycan Premyer Liqasında 5-ci turun görüşləri davam edir.

Yenidən Elitaya qayıdan "Şamaxı" bu dəqiqələrdə doğma meydanda "Neftçi"ni qəbul edir.

Mediasport.az saytının Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, matça maraq olduqca böyükdür.

Şamaxı şəhər stadionunda əsl futbol ab-havası yaşanır, azarkeşlər tribunaları doldurublar.

Görüşü izləyənlər arasında şəhər və hər iki klubun rəhbərliyi də yer alıb.

Hazırda matçda hesab açılmayıb.

Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi bölgə təmsilçisi cari mövsüm ilk dəfə Şamaxı şəhər stadionunda oyun keçirir.