"Turan Tovuz" yenə liderdir
"Turan Tovuz" futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti dəfə - 13-cü turun oyunlarından sonra azarkeş sayında lider olub.
Mediasport.az xəbər verir ki, qərb təmsilçisinin "Sabah"la matçını 5000 tamaşaçı izləyib.
Ən az azarkeş isə "Araz-Naxçıvan" - "Kəpəz" oyununda qeydə alınıb. Mərdəkanda görüşdə 150 tamaşaçı iştirak edib.
Ümumilikdə, turun qarşılaşmalarında stadionlarda 8 min 57 tamaşaçı olub.
Peşəkar Futbol Liqasının 13-cü turun rəsmi oyun protokallarında qeyd edilmiş statistika belədir:
"Araz-Naxçıvan" - "Kəpəz" - 150 tamaşaçı (0:1)
"Neftçi" - "Sumqayıt" - 1246 tamaşaçı (1:2)
"Turan Tovuz" - "Sabah" - 5000 tamaşaçı (2:3)
"Zirə" - "Qəbələ" - 800 tamaşaçı (1:0)
"Qarabağ" - "Səbail" - 861 tamaşaçı (3:1).