"Zirə"nin yay planları
"Zirə" futbol klubunun yay hazırlıq planı açıqlanıb.
MediaSport.az xəbər verir ki, iyunun 23-də bir araya gələcək Rəşad Sadıqovun komandası iyulun 17-nə qədər məşqlərini Bakıda keçirəcək.
"Qartallar" hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu qüvvələrini sınayacaqlar.
Komanda iyulun 18-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. Boluda məskunlaşacaq zirəlilər orada üç yoxlama oyunu keçirəcəklər.