"Qəbələ"də yeni müqavilə
“Qəbələ” İdman Klubu tibbi tərəfdaşı "West Hospital" klinikası ilə müqaviləni uzadıb.
Klubdan mediasport.az saytına verilən məlumata görə, tərəflər arasında əməkdaşlıqla bağlı yeni razılaşma 2023/2024-cü illər mövsümünü əhatə edir.
Bu gün müqavilənin uzadılması ilə bağlı mərasim təşkil olunub. Tədbirdə “West Hospital”ın baş meneceri Coşqun Həşimov, “Qəbələ”nin baş meneceri Nail Kərimov, media və marketinq meneceri Anar Hacıyev iştirak edib.
Müqaviləyə əsasən, “West Hospital”ın loqosu “Qəbələ”nin əsas komandasının formasının qolunda əks olunacaq. Klubun stadionunda və mətbuat konfransı zalında da loqo yer alacaq.
2022-ci ilin yanvarından “Qəbələ”nin tərəfdaşı olan “West Hospital”da 20-dən çox tibbi şöbə fəaliyyət göstərir.