Yığmalarımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşdi
17 və 19 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının 2022/2023-cü illər mövsümünün ikinci mərhələsinin püşkü atılıb.
mediasport.az xəbər verir ki, UEFA Millətlər Liqası formatında keçirilən seçmə mərhələ oyunlarında Azərbaycan yığmalarının da mübarizə aparacaqları qrupları müəyyənləşib.
17 yaşadək futbolçulardan ibarət millimiz B Liqasında Bosniya və Herseqovina, Qazaxıstan və Monteneqro yığmaları ilə birlikdə 2-ci qrupda yarışacaq. Bu qrupun oyunları gələn ilin 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil ediləcək.
B Liqasında qərarlaşan U-19 isə üç komandalı 5-ci qrupda yer alıb. Millimiz A Liqasına vəsiqə qazanmaq uğrunda Slovakiya və Monteneqro komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn ilin 5, 8, 11 aprel tarixlərində Slovakiyada keçiriləcək.