"Qarabağ" UEFA-ya xəbərdarlıq məktubu göndərdi - AÇIQLAMA
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Nant"ın qonağı olacaq "Qarabağ" Fransaya yola düşüb.
Oktyabrın 27-də Nantdakı "Bojuar" stadionunda keçiriləcək qarşılaşmada "Qarabağ"a-Azərbaycana qarşı növbəti təxribatın şahidi ola bilərik. Fransada erməni lobbiçiliyinin güclü inkişaf etdiyini nəzərə alsaq, "Nant"la görüşdə növbəti xoşagəlməz insidentin olacağı real görünür.
mediasport.az saytına məlumat verən klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirdi ki, təhlükəsizlik və təxribat məsələləri ilə bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıblar: "Erməni xisləti hər zaman özünü göstərir. "Qarabağ"a qarşı dəfələrlə xoşagəlməz cəhdlər baş verib. Ona görə biz UEFA-ya əvvəlcədən xəbərdarlığımızı etmişik. "Nant" tərəfi də hər hansı təxribatın törədilməməsi üçün əllərindən gələni edəcəyinə söz verib".
Hazırda qrup ikincisi olan "Qarabağ" Fransadan xal və ya xallarla qayıtsa, sonuncu turun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə Avroliqanın pley-offuna vəsiqə qazanacaq.