İran milli komandası şokda - Asiya Kubokunda finala çıxa bilmədilər
Qətərdə keçirilən futbol üzrə Asiya Kubokunda ikinci finalçı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, İordaniya yığmasının ardından meydan sahibləri də adlarını həlledici matça yazdırıblar.
İspaniyalı Tintin Markesin baş məşqçisi olduğu komanda yarımfinalda güclü İran millisi ilə görüşdən qalib ayrılmaqla (3:2) tarixində ikinci dəfə finala yüksəlib.
İordaniya - Qətər finalı fevralın 10-da keçiriləcək.
Qeyd edək ki, İordaniya futbolçuları qızıl medallara gedən yolda Cənubi Koreya seçməsindən üstün olublar - 2:0.