REYTİNQ: "Qarabağ" 3 pillə irəlilədi, 3 klubumuz siyahıdan kənar qaldı
Azərbaycan futbol klublarının UEFA reytinqindəki yeni mövqeləri açıqlanıb.
MediaSport.az xəbər verir ki, avrokubokların 2023/2024-cü illər mövsümünün ilk oyunlarından sonra sıralamada dəyişikliklər qeydə alınıb.
Son 5 mövsümdə toplanan xalların cəminə əsasən tərtib edilən siyahıda təmsilçilərimizdən ən yüksək reytinq “Qarabağ”a məxsusdur. Ağdam klubu Çempionlar Liqasının I təsnifat mərhələsində “Linkoln”u hər iki görüşdə məğlub etməklə 4 pilləlik irəliləyiş əldə edib. Qurban Qurbanovun komandası 24.500 xalla 61-ci yerə qalxıb.
"Köhlən atlılar" “Monako” (Fransa) və “Fənərbağça” (Türkiyə) kimi klubları qabaqlayıblar.
“Neftçi” 9.500 xalla 5 komanda ilə birlikdə 137-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivi 2 pillə geriləyib.
Aktivində 4.500 xalı olan “Qəbələ” də geriləyərək 265-ci yerə düşüb.
“Sabah”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail” hərəyə 1.500 reytinq xalı ilə 343-cü yeri bölüşdürürlər.
“Turan Tovuz”, “Kəpəz” və yenidən elitaya qayıdan “Araz-Naxçıvan” isə 424 klub sırasına düşməyiblər.
Reytinqə 124.000 xalla “Mançester Siti” başçılıq edir. “Bavariya” 120.000 xalla ikinci, “Real" (Madrid”) 106.000 xalla 3-cüdür.