Millinin keçmiş futbolçusu İlqar Qurbanova AFFA-da vəzifə verildi
AFFA Azərbaycan milli komandasının keçmiş futbolçusu İlqar Qurbanova yeni vəzifə verib.
Mediasport.az xəbər verir ki, 38 yaşlı funksioner A milli komandanın direktoru təyin olunub.
Qurbanov buna qədər milli komandaların skautu vəzifəsində çalışıb.
Qeyd edək ki, İlqar futbolçu karyerası ərzində Azərbaycan seçmə komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.