"Digər klublara zəif demirəm, fakt odur ki, "Qarabağ" rəqib tanımır"

"Digər klublara zəif demirəm, fakt odur ki, "Qarabağ" rəqib tanımır"

"Yenə tarixi bir uğur, yenə "Qarabağ". Bu uğura ürəkdən sevinirik. Çünki son dörd ildə bütün cəbhələrdə Azərbaycanın uğur addımlarının səsi gəlirdi. Müharibədə misilsiz qələbə qazandıq, futbolda "Qarabağ" böyük uğura imza atdı. Bunan sonra da inşallah, uğurlarmızın davamı gələcək. Bütün Azərbaycan xalqını təbrik edirəm".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Samir Musayev deyib.

Ağdam klubunun sabiq forvardı UEFA Avropa Liqasının pley-off mərhələsində potensial rəqiblərini dəyərləndirib:

"Heç bir nailiyyət asan əldə olunmur. Çətinlik olmasa, uğur qazanmaq mümkün deyil. Ona görə də bundan sonra rəqib filan klub olmasın deməyəcəyik. Kim düşür-düşsün, biz öz oyunumuza baxacağıq. Mərhələ adlamaq üçün Qurban müəllim və futbolçular nə lazımdırsa, edəcək. Biz ona və komandasına güvənirik".

O, daha sonra "Qarabağ"ın Premyer Liqadakı çıxışından da danışıb: 

"Premyer Liqada "Qarabağ"ın rəqibi yoxdur. Ağdam təmsilçisinə rəqib elə özləridir. Digər komandalara zəif demirəm. Amma fakt odur ki, "Qarabağ" rəqib tanımır".


Tarverdi