Millimizin daha bir üzvü 3 qızıl medalla Avropa çempionu oldu
![Millimizin daha bir üzvü 3 qızıl medalla Avropa çempionu oldu](https://mediasport.az/uploads/images/202406/image_750x_6674a9e58f543.jpg)
Azərbaycanın daha bir ağırlıqqaldıranı Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.
Mediasport.az xəbər verir ki, Aslan Əmiraslanov birdən qaldırma hərəkətində 114 kq-ı ram edərək qızıl medala sahib çıxıb.
İdmançımız təkanla qaldırma hərəkətində də 140 kq-ı başı üzərinə qaldıraraq bütün rəqiblərini geridə qoyub.
O, toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla başa vurub.
Allahverdi Qaragözov isə toplam 225 kq (100+125) nəticə ilə 5-ci yeri tutub.