Azərbaycan kubokunun açılış mərasimi keçirilib

Azərbaycan kubokunun açılış mərasimi keçirilib

Ağır Atletika Mərkəzində ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun açılış mərasimi baş tutub.

Mediasport.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbirə start verilib.

Açılış mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov idmançılara uğurlar arzulayıb. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə idmanına göstərdiyi diqqət və qayğı nəticəsində idmançıların beynəlxalq arenalarda yeni-yeni nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. Federasiya rəsmisi Dadaş Dadaşbəylinin Qətərin paytaxtı Dohada keçirilmiş Qran-pri turnirinin qalibi olmasını da dilə gətirib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyanın birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Kubokuna dekabrın 17-də başa çatacaq. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet qüvvəsini sınayır.

Turnir həmçinin "Paris-2024" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin tərkibinin müəyyənləşdirilməsi xarakteri daşıyır.