Özbəkistan millisinin müdafiəçisi Azərbaycan çempionunda - RƏSMİ
Yeni mövsümdə ilk sınağını UEFA Çempionlar Liqasında verəcək futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
mediasport.az xəbər verir ki, Vitali Borisovun koomandası Özbəkistan millisinin daha bir üzvü ilə anlaşıb.
Söhbət 34 yaşlı Dilşod Rahmatovdan gedir. Son klubu “Jizzax-Kenteks” olan müdafiəçi icarə əsasında Çempionlar Liqasının oyunlarında təmsilçimizə kömək edəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, özbək Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.