Azərbaycan komandası Avropa çempionatını 13 medalla bitirdi
Azərbaycan paraatletləri Niderlandın Rotterdam şəhərində keçilən Avropa çempionatını 13 medalla başa vurublar.
mediasport.az yığmamız mötəbər yarışda 4 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb.
Ümumilikdə 35 idmançımızın qatıldığı turnirdə cüdoçular Şəhanə Hacıyeva, Xanım Hüseynova, həmçinin, takevondoçular İmaməddin Xəlilov və Əbülfəz Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Cüdoçulardan Namiq Abaslı, Dürsədəf Kərimova və İlham Zəkiyev, eyni zamanda, taekvondoçu Röyalə Fətəliyeva ikinci yeri tutublar.
Millinin digər üzvlərindən İsmayıl Muradov, Xatirə İsmiyeva (hər ikisi cüdo), Sabir Zeynalov, Amin Şıxalıyev (hər ikisi taekvondo) və Aybəniz Babayeva (güllə atıcılığı) isə bürünc mükafata yiyələniblər.