Peşəkar Futbol Liqası "Kəpəz"in legionerini mükafatlandırıb

Peşəkar Futbol Liqası "Kəpəz"in legionerini mükafatlandırıb

Peşəkar Futbol Liqasının keçirdiyi "Ayın qolu” layihəsinin növbəti qalibi məlum olub.

Mediasport.az xəbər verir ki, aprel ayının qalibi "Kəpəz"in futbolçusu Mate Kvirkviya seçilib.

Gəncə klubunun gürcü legionerinə mükafat “Neftçi” ilə görüşdən əvvəl təqdim edilib.

Mateyə mükafatlar "Neftçi Arena"da Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov tərəfindən verilib.