Elnur Eyvazov "Neftçi"nin vitse-prezidenti postundan ayrılıb
2016-cı ildən "Neftçi"də çalışan Elnur Eyvazov vitse-prezident postundan ayrılıb.
Mediasport.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı paylaşıb.
2016-2017-ci illərdə “ağ-qaralar”ın icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışan Eyvazov 2017-ci ilin iyulunda vitse-prezidenti postuna təyin olunmuşdu.
Xəbərdə bildirilib ki, E.Eyvazov öz istəyi ilə tutduğu vəzifədən azad edilib.
"Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!" - paylaşımda qeyd olunub.