"Neftçi"dən ayrılan məşqçi Premyer Liqanın bu klubuna keçdi - RƏSMİ

"Neftçi"dən ayrılan məşqçi Premyer Liqanın bu klubuna keçdi - RƏSMİ

"Neftçi"dən ayrılan Vadar Nuriyev yeni mövsümdə “Araz-Naxçıvan”ın məşqçilər korpusunda yer alacaq.

MediaSport.az xəbər verir ki, Naxçıvan təmsilçisi ilə müqavilə imzalayan mütəxəssis baş məşqçi Azər Bağırovun köməkçilərindən biri olacaq.

Nuriyev komandanın Qəbələdəki düşərgəsinə qoşulub.

Qeyd edək ki, “Araz-Naxçıvan”da Vadar Nuriyevdən başqa Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.