VİDEO: 34 il ömür sürən Şəhriyar Rəhimovun əziz xatirəsinə...

VİDEO: 34 il ömür sürən Şəhriyar Rəhimovun əziz xatirəsinə...

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının sabiq futbolçusu Şəhriyar Rəhimov bu gün dünyasını dəyişib.

3 ildir ağır xəstəlikdən əziyyət çəkən yığmamızın keçmiş üzvü 34 yaşında həyatla vidalaşıb.

Peşəkar Futbol Liqası mərhumun xatirəsinə hörmət əılaməti olaraq videoçarx hazırlayıb.

Qeyd edək ki, o, karyerası ərzində "Rəvan", AZAL, "Karvan", "Kəpəz", "Səbail" və "Zirə" klublarında çıxış edib, 9 dəfə millidə forma geyinmişdi.

mediasport.az saytının kollektivi adından ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.


Allah rəhmət eləsin!