"Qaradağ Lökbatan" xal itirib - "Şamaxı" 1-ci yerə şərik olub

"Qaradağ Lökbatan" xal itirib - "Şamaxı" 1-ci yerə şərik olub

Futbol üzrə Azərbaycan 1-ci liqasına 14-cü tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, vahid lider "Qaradağ Lökbatan" doğma meydanda məğlub olmaqla zirvədəki yerini bölüşdürmək məcburiyyətində qalıb.

Çempionluğa iddialı "Şamaxı" liderin xal itkisindən maksimum yararlanaraq 1-ci pilləyə şərik çıxıb.


Azərbaycan 1-ci Liqası. 14-cü tur


“Şamaxı” – “İrəvan” 2:0

Qollar: Abbas Ağazadə, 14, Ramin Əhmədov, 31.

Şamaxı şəhər stadionu


“Araz Saatlı” – “Zaqatala” 1:1

Qollar: Rəvan Əvəzov, 86 - Nizami Səmədov, 42.

Saatlı OİK stadionu


“Qaradağ Lökbatan” – “Karvan” 0:1

Qol: İzzət Müştaqov, 80.

Lökbatan OİK stadionu


14 fevral (çərşənbə)


“Mingəçevir” – MOİK 0:1

“İmişli” – “Difai Ağsu” 1:0



1 Qaradağ Lökbatan 14 8 4 2 23-9 28
2 Şamaxı 14 8 4 2 31-13 28
3 İmişli 14 7 5 2 20-8 26
4 MOİK 14 7 4 3 21-12 25
5 Karvan 14 7 3 4 23-15 24
6 İrəvan 14 6 2 6 19-16 20
7 Zaqatala 14 4 6 4 18-19 18
8 Mingəçevir 14 4 2 8 11-21 14
9 Difai Ağsu 14 2 1 11 12-30 7
10 Araz Saatlı 14 1 1 12 9-44 4



Bombardirlər:

Elşad Tağıyev ("Şamaxı") - 11 qol

Emin Zamanov ("Şamaxı") - 8 qol

Peter Kinqs ("Karvan") - 6 qol

İsa Zeynallı (MOİK) - 6 qol

Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 6 qol

Xəzər Mahmudov ("İmişli") - 6 qol