İlham Əliyev "Qarabağ" rəsmisini "Tərəqqi" medalı ilə təltif edib

İlham Əliyev "Qarabağ" rəsmisini "Tərəqqi" medalı ilə təltif edib

"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov "Tərəqqi" medalına layiq görülüb.

Mediasport.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda "Tərəqqi" medalı alanlar sırasında A.Əsgərov da var.

O, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif edilib.