PFL yeni loqo hazırlatdırdı - FOTOLAR

PFL yeni loqo hazırlatdırdı - FOTOLAR

Peşəkar Futbol Liqası (PFL) Əvəzedicilər liqası üçün jazırlanmış yeni loqonu təqdim edib.

mediasport.az xəbər verir ki, loqo minimalist üslubda, çağdaş dövrün tələblərinə uyğun olaraq hazırlanıb.

Futbol meydançasının mərkəz çevrəsinin konturları əsasında ərsəyə gələn loqoda ümumi fonda liqanın adının ilk hərfi – Ə canlandırılıb.

Qırmızı və yaşıl rənglərin vəhdəti isə əvəzetməni assosiasiya edir. Məlumdur ki, meydançanı tərk edən futbolçuya işarə verən rəqəm əsasən qırmızı, daxil olana isə yaşıl rəngli göstərilir. Loqonun içində topun və torun simvolunu görə bilərik.