Premyer Liqada tura nəhənglərin dueli yekun vurulacaq

Premyer Liqada tura nəhənglərin dueli yekun vurulacaq

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə daha 4 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.

Turun mərkəzi matçı maraqla gözlənilən "Liverpul" - "Mançester Yunayted" duelidir.

Həmin görüş 20:30-da start götürəcək və "İdman TV" vasitəsilə canlı yayımlanacaq.

İngiltərə Premyer Liqası. 17-ci tur

18:00 "Arsenal" - "Brayton"

18:00 "Brentford" - "Aston Villa"

18:00 "Vest Hem" - "Vulverhempton"

20:30 "Liverpul" - "Mançester Yunayted"