"Yuventus"un sabiq vingeri "Qarabağ"a qarşı oynayacaq
UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində avqustun 20-də Zaqrebdə "Qarabağ"ı qəbul edəcək "Dinamo"nun əsas qol ümidlərindən Marko Pyaça meydana çıxa biləcək.
Mediasport.az xəbər verir ki, bu barədə məlumatı Xorvatiya klubunun baş məşqçisi Sergey Yakiroviç açıqlayıb.
Ölkə çempionatının 3-cü turunun "Şibenik"lə matçında oynamayan sabiq "Yuventus"lunun yüngül zədəsi olub. Çalışdırıcı xorvatiyalı riskə atmayaraq Ağdam təmsilçisi ilə matça daha yaxşı hazırlaşmasını istəyib:
"Dabanından yüngül xəsarət almışdı, ağrısı var idi. "Qarabağ"la qarşılaşma öncəsi risk etmək istəmədik".
Xatırladaq ki, "Maksimir" stadionunda baş tutacaq ilk duel Bakı vaxtilə saat 23:00-da başlanacaq.
Cavab qarşılaşması avqustun 28-də keçiriləcək.