Ramil və Musa üçün yubiley

Ramil və Musa üçün yubiley

“Qarabağ”ın iki futbolçusu yubiley qolunu vurub.

mediasport.az xəbər verir ki, bu, Premyer Liqanın 19-cu turuna təsadüf edib.

“Turan Tovuz”la səfər görüşündə (2:3) hesabı açan Musa Qurbanlı Ağdam klubunun formasında 25-ci dəfə fərqlənib. 21 yaşlı hücumçu Premyer Liqada 22, Azərbaycan kubokunda 3 dəfə rəqib qapılarına yol tapıb.

Bu matç həm də Qurbanlının “Qarabağ”da yubiley görüşü olub. 50-ci dəfə meydana çıxan forvard çempionatda 36, kubokda 5, avrokuboklarda 9 dəfə şans qazanıb.

“Turan Tovuz”la görüşdə ağdamlıların ikinci qoluna imza atan Ramil Şeydayev komandasında 30-cu dəfə fərqlənib. O, Premyer Liqada 23, kubokda 4, avrokubokda 3 dəfə qol sevinci yaşayıb.