Baxşıyev "Omoniya" ilə matç haqda: "Məni öz oyunumuz düşündürür"

Baxşıyev "Omoniya" ilə matç haqda: "Məni öz oyunumuz düşündürür"

“Qəbələ” bu gün Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında Kiprin “Omoniya” klubunu qəbul edəcək.

MediaSport.az xəbər verir ki, Qəbələ təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyunla bağlı fikirlərini bildirib.

43 yaşlı mütəxəssis hazırlıq dövründə keçirilən dörd yoxlama görüşünün komandaya faydalı olduğunu deyib:

"Komanda oyundan-oyuna istədiyim futbolu göstərməyə çalışırdı. İnanıram ki, ötən mövsümdəkindən daha yaxşı və iddialı olacağıq. Rəqib yaxşı, balanslaşmış komandadır. Məni rəqib deyil, öz oyunumuz düşündürür. İnanıram ki, bu qarşılaşmalarda da ən yaxşısını edəcək və nəticəyə çatmağa çalışacağıq. İstəyimiz komandanın daim hücumda oynamasıdır. Amma müdafiəsiz də futbol olmur. Hər iki aspektdə daha yaxşı çıxış etməliyik ki, sabahkı görüşdə uğur qazanaq. Yeni uğur qazanmağın mümkün olduğuna inanıram. Funksional olaraq matça hazırıq. Heyət yeni olsa da, iddiamız var. İnanıram ki, daha yaxşı “Qəbələ” görəcəyik. Məni düşündürən oyun keyfiyyətləridir. Komanda istədiyim futbolu göstərəndə nəticələr də olacaq”.

Qeyd edək ki, "Qəbələ" - "Ominiya" görüşü bu gün Bakı vaxtilə saat 20:00-da başlanacaq.