"Qarabağ" 500-dən çox klub arasında 48-ci yerə yüksəlib!
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Mediasport.az xəbər verir ki, siyahıda 506 komanda arasında Azərbaycanın 3 təmsilçisi yer alıb.
"Qarabağ" 13 pillə irəliləyib və 48-ci olub (176,5 xal). "Neftçi" bir mövqe önə keçərək 377-ci (62 xal), "Sabah" 4 sıra addımlayaraq 413-cü (58.75) olub.
Zirvədə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqası turnirinin son qalibi "Mançester Siti" qərarlaşıb (411 xal). "İlk 3-lüy"ü "Real" (332 xal) və "İnter" (311 xal) tamamlayıb.