"Neftçi"də növbəti ayrılıq - RƏSMİ

"Neftçi"də növbəti ayrılıq - RƏSMİ

"Neftçi"də növbəti ayrılıq rəsmiləşib.

MediaSport.az xəbər verir ki, paytaxt təmsilçisi paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli ilə başa çatan müqaviləni yeniləməyib. Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.