"Qarabağ" 8 pillə irəlilədi

"Qarabağ" 8 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

mediasport.az xəbər verir ki, siyahıda Azərbaycandan yalnız "Qarabağ" yer alıb.

Ağdam təmsilçisi ötən reytinqlə müqayisədə 8 pillə irəliləyib və 83-cü sırada qərarlaşıb. Reytinq cədvəlinə 329 xalla Braziliyanın "Flamenqo" klubu başçılıq edir. "Liverpul" (311) ikinci, "Palmeyras" (308) isə üçüncü pillədə qərarlaşıb.