1-ci Liqa: Bölgə klubu mövsümdə ilk xalını qazana biləcək?

1-ci Liqa: Bölgə klubu mövsümdə ilk xalını qazana biləcək?

Bu gün futbol üzrə Azərbaycan 1-ci Liqasında 5-ci turun növbəti oyunları keçiriləcək.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, turun açılış matçı olan “İmişli” – “İrəvan” görüşü ikincilərin meydana çıxmaması səbəbindən baş tutmayıb. "İrəvan" futbolçuları maaş ala bilmədikləri üçün matçı boykot ediblər.


Azərbaycan 1-ci Liqası. 5-ci tur


Qaradağ Lökbatan – Zaqatala

Neftçi Futbol Mərkəzi (4-cü meydança), 13:00


Araz Saatlı – Difai Ağsu

Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00


Karvan – MOİK

Yevlax şəhər stadionu, 15:30



N Klublar O Q H M T-F X
1 İrəvan 4 3 1 0 10-0 10
2 Şamaxı 4 2 2 0 15-4 8
3 Karvan 4 2 2 0 8-3 8
4 MOİK 4 2 2 0 9-5 8
5 Qaradağ Lökbatan 4 2 1 1 4-2 7
6 İmişli 4 1 1 2 4-5 4
7 Mingəçevir 4 1 1 2 4-7 4
8 Zaqatala 4 0 3 1 4-6 3
9 Difai Ağsu 4 0 1 3 0-6 1
10 Araz Saatlı 4 0 0 4 0-20 0



Bombardirlər:

Emin Zamanov ("Şamaxı") - 5 qol

İsa Zeynallı (MOİK) - 4 qol

Cəlal Cəbrayılov ("Şamaxı") - 3 qol

Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 3 qol

Famil Camalov ("İrəvan") - 3 qol