"Qarabağ" dünya reytinqində irəlilədi

"Qarabağ" dünya reytinqində irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) fevral ayı üçün dünya klublarının reytinqini açıqlayıb.

mediasport.az xəbər verir ki, 307 klubun yer aldığı siyahıda Azərbaycandan yalnız "Qarabağ" yer alıb.

Aktivində 149 xal olan Ağdam təmsilçisi 69-cu pillədən 62-63-cü pillələrə yüksəlib. Qurban Qurbanovun komandası bu yerləri Argentinanın "Talleres Kordoba" klubu ilə bölüşür.

Fevral ayının lideri 313 xalla Braziliya "Flamenqo"sudur. “Real” (Madrid) 308 xalla ikinci pillədə qərarlaşıb, Braziliyanın digər təmsilçisi - "Palmeyras" isə 263 xalla üçüncüdür.